Mübariz Qurbanlı: “Dini və milli kimlik məsələsində milli kimliyə üstünlük verilməlidir”

Mübariz Qurbanlı: “Dini və milli kimlik məsələsində milli kimliyə üstünlük verilməlidir”
# 17 aprel 2015 10:28 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu bu gün Mətbuat Şurası və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkil etdiyi “Milli-mənəvi və dini dəyərlər: Tarixlik, müasirlik” mövzusunda KİV rəhbərləri ilə görüşdə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı söyləyib.

“Amma tolerant olduğumuz üçün zərərli dini cərəyanların ölkəmizdə yayılmasına, fəaliyyətinə imkan yarada bilmərik” – deyə, komitə sədri əlavə edib.

M. Qurbanlı bildirib ki, qloballaşan dünyada milli-mənəvi dəyərlərini qoruya bilməyən millətlər assimilyasiya olunacaq: “Bu gün hər həftə dünyada 2 dil itir, milli-mənəvi dəyərlərimizi qorumasaq, biz də dilimizi itirərik. Qloballaşmada millətin özünü qoruma instinkti olmalıdır. Bu gün Qazaxıstana, Özbəkistana və digər türk ölkələrinə gedirik, eyni dinə sitayiş edirik, ancaq o xalqların öz adət-ənənələrinə rast gəlirik. Hətta Səudiyyə Ərəbistanındakı ərəblə Mərakeşdəki ərəb arasında fərq var. Milli-mənəvi dəyərlər yalnız bizə aiddir. Azərbaycanın tolerant olması o demək deyil ki, Yehova şahidləri, digər cərəyanlar burada yayılmalıdır”.



Mübariz Qurbanlı deyib ki, dini və milli kimlik məsələsində milli kimlik məsələsinə üstünlük verilməlidir: “Milli kimlik ön planda olmalıdır. Dini mənsubiyyətinə baxsaq, Azərbaycanda islam dininə sitayiş etməyən insanlar da var. Belə deyəndə, o insanları özümüzdən kənarlaşdırırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR