Dövlət Mahnı Teatrı nəzdində yaradılan estrada-simfonik orkestrinin təqdimat konserti olacaq

Dövlət Mahnı Teatrı nəzdində yaradılan estrada-simfonik orkestrinin təqdimat konserti olacaq
# 15 dekabr 2014 13:14 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Dekabrın 16-da Heydər Əliyev Sarayında Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı nəzdində yaradılan estrada-simfonik orkestrinin təqdimat konserti keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, orkestrin bədii rəhbəri pianoçu-bəstəkar, əməkdar artist Salman Qəmbərov, dirijoru Azər Allahverdiyevdir.

Qeyd edək ki, estrada-simfonik orkestri Azərbaycan estradasının zəngin musiqi irsinin və yaradıcılıq ənənələrinin qorunmasını, estrada musiqisinin təbliği və dünya mədəniyyətinə inteqrasiyasını təmin etmək, estrada sənətinin davamlı inkişafını dəstəkləmək məqsədi ilə bu il aprelin 1-də Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və Nazirlər Kabinetinin qərarına əsasən yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR