Təhsil Nazirliyinin mərkəzi aparatına və sisteminə daxil olan işçilərin siyahısında dəyişiklik edilib

Təhsil Nazirliyinin mərkəzi aparatına və sisteminə daxil olan işçilərin siyahısında dəyişiklik edilib
# 02 dekabr 2014 14:30 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin mərkəzi aparatına və sisteminə daxil olan işçilərin vəzifə nomenklaturasının siyahısı”nda qismən dəyişiklik edilib. Nazirlikdən APA-ya verilən xəbərə görə, təsərrüfat işləri üzrə direktor müavini istisna olmaqla respublika tabeli ümumtəhsil məktəbinin (internat, lisey, gimnaziya və s.) direktoru və direktor müavinləri nazirliyinin mərkəzi aparatına və sisteminə daxil olan işçilər hesab edilir.

Dəyişikliyə əsasən, respublika tabeli ümumtəhsil məktəbinin təsərrüfat işləri üzrə direktor müavini ilə əmək münasibətlərinin tənzimlənməsi təhsil müəssisəsinin direktoru tərəfindən həyata keçiriləcək.

Əmrin icrasına nəzarət Aparat rəhbərinə Mətin Eynullayevə həvalə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR