Ağ Ev: "Obama Şərqi Avropada NATO-nun möhkəmləndirilməsini Putinlə müzakirə etməyib"

Ağ Ev: "Obama Şərqi Avropada NATO-nun möhkəmləndirilməsini Putinlə müzakirə etməyib"
# 08 iyul 2016 21:08 (UTC +04:00)

Bakı-APA. Barak Obama Rusiya prezidenti Vladimir Putin ilə son söhbəti zamanı Şərqi Avropada NATO-nun möhkəmləndirilməsini müzakirə etməyib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisinin müavini Ben Rods bəyan edib.

“Onlar bu barədə danışmayıb. Söhbət zamanı Ukrayna, Suriya və Dağlıq Qarabağ müzakirə olunub. Düşünürəm ki, Varşavada qəbul olunan qərar Rusiya üçün gözlənilməz olmayıb”, deyə B.Rods bildirib.

İyulun 8-də Polşanın paytaxtı Varşavada NATO-nun Sammiti işə başlayıb. NATO-ya üzv dövlətlərin liderləri Baltikyanı ölkələr və Polşada dörd çoxmillətli tabor yaratmağa qərar verib.

Xatırladaq ki, İyulun 6-da Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Barak Obama arasında telefon danışığı olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR