Cəzaçəkmə müəssisəsinə qadağan olunmuş vasitələrin keçirilməsinin qarşısı alınıb

Cəzaçəkmə müəssisəsinə qadağan olunmuş vasitələrin keçirilməsinin qarşısı alınıb
# 16 oktyabr 2014 10:20 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 13 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş vasitələrin keçirilməsinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, orada cəza çəkən, Cinayət Məcəlləsinin 228.2; 279.1 və 66.3 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Urfan Fikrət oğlu Umayevin yanına qısamüddətli görüşə gəlmiş həyat yoldaşı Tamilə Simran qızı Paşayevanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilib.

Bu zaman, əl çantasının içərisində gizlədilmiş, daxilində “Cin” danışıq kartı olan bir ədəd “Nokia” markalı mobil telefon aparatı, 1 ədəd qulaqcıq və gətirdiyi sovqatın içərisində gizlədilmiş 1 ədəd əl bıçağı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR