CHP-nin ən nüfuzlu millət vəkillərindən olan Əminə Ülkər Tarhan partiyadan istefa verib

CHP-nin ən nüfuzlu millət vəkillərindən olan Əminə Ülkər Tarhan partiyadan istefa verib
# 31 oktyabr 2014 14:48 (UTC +04:00)

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə, Ankara millət vəkili Ə. Ü. Tarhan istefa bəyanatında CHP rəhbərliyini sərt tənqid edib.

Ə. Ü. Tarhan 2015-ci il parlament seçkiləri öncəsi CHP rəhbərliyinin əvvəlki səhvlərindən nəticə çıxarmadığını, partiyadaxili demokratiyanı inkişaf etdirmədiyini, son qurultayı kreslo mübarizəsinə çevirdiyini, ölkədə avtoritarizm qurulması prosesini sakitcə izlədiyini, ölkənin daxili və xarici təhlükələrlə üz-üzə qaldığı bir dövrdə xalqın gözləntilərinə cavab verən siyasət yeritmədiyini bəyan edib: “Bu siyasəti dəyişdirə bilməyəcəyimi nəzərə alaraq, iqtidara gəlmək hədəfi və ümidi olmayan bir partiyanın tərkib hissəsi olmamaq üçün CHP-dən istefa verirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR