2010-cu ildən 2019-cu ilin iyun ayına qədər “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti”nə 37 895 müraciət daxil olub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq “Azercell Telekom” MMC-dən məlumat verib.
Bildirilib ki, bu il "Qaynar xətt"ə ümumilikdə 1604 müraciət daxil olub.
Xatırladaq ki, "Uşaq Qaynar Xətt” xidmətinə həm şəhərdaxili, həm də Azercell nömrələrindən edilən zənglər ödənişsizdir.
Uşaqlara Bakıda (012) 480 22 80; (051) 880 11 80 və (050) 680 22 80; (088) 480 22 80, Gəncədə isə (022) 256 20 40; (051) 880 22 80; (051) 580 22 80; (088) 256 20 40 nömrələri ilə günün istənilən saatında müraciət etmək imkanı yaradılıb.