İrəvan sakini keçmiş qayınanasını baltalayıb, həyat yoldaşı və qayınatasını ağır yaralayıb

İrəvan sakini keçmiş qayınanasını baltalayıb, həyat yoldaşı və qayınatasını ağır yaralayıb
# 08 iyul 2016 09:04 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Ermənistanın paytaxtı İrəvanda ağır cinayət hadisəsi baş verib.

APA-nın “news.am”a istinadən verdiyi xəbərə görə, Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətinin məlumatında bildirilir ki, İrəvan sakini keçmiş qayınanası Karine Mansuryanı balta ilə qətlə yetirib.

Adı açıqlanmayan şəxs keçmiş həyat yoldaşı, 37 yaşlı Takui və keçmiş qayınatası 62 yaşlı Vaçaqan Mansuryana isə balta ilə ağır xəsarətlər yetirib.

Hər iki şəxs ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR