Azərbaycan MN: Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi 52 dəfə pozulub - VİDEO

Azərbaycan MN: Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi 52 dəfə pozulub - <span style="color: red;">VİDEO
# 25 iyul 2014 06:37 (UTC +04:00)

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Şavarşavan və İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli və Qızılhacılı kəndlərində yerləşən mövqelərimizi atəşə tutub.

Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimiz də atəşə məruz qalıb.

Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Aşağı Əbdürrəhmanlı, Qaraxanbəyli, Horadiz, Ağdam rayonunun Yusifcanlı, Baş Qərvənd, Tərtər rayonunun Çiləbürt, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR