Sabahdan Bakı metrosunda köhnə ödəniş kartlarına gediş haqqı yükləmək mümkün olmayacaq

Sabahdan Bakı metrosunda köhnə ödəniş kartlarına gediş haqqı yükləmək mümkün olmayacaq
# 31 avqust 2015 12:18 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Sabah sentyabrın 1-dən etibarən Bakı metrosunda köhnə ödəniş kartlarına gediş haqqı yükləmək mümkün olmayacaq.

Bunu “APA-Economics”ə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, sabahdan etibarən Bakı Metropolitenində “MetroKart”a gediş haqlarının yüklənməsi mümkün olmayacaq: “Amma kartda gediş haqqı varsa, həmin məbləğdən sentyabrın 30-dək istifadə etmək olar. Amma “MetroKart”ın istifadəsi yalnız sentyabr ayının 30-dək qüvvədədir”.

N. Paşayev deyib ki, oktyabrın 1-dən etibarən isə “MetroKart”ın istifadəsi dayandırılacaq: “Bu tarixdən sərnişinlər yalnız yeni nağdsız ödəniş kartlarından istifadə etməklə metroda hərəkət edə bilərlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR