Ceyms Appaturay: “Gürcüstan Azərbaycanla Ermənistan arasındakı problemlərin həllinə kömək edə bilər”

Ceyms Appaturay: “Gürcüstan Azərbaycanla Ermənistan arasındakı problemlərin həllinə kömək edə bilər”
# 17 aprel 2013 11:49 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. “Gürcüstan Ermənistan və Azərbaycan arasındakı münaqişənin həllinə kömək edə bilər”. APA-nın xəbərinə görə, bunu NATO baş katibinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Brüsseldə Gürcüstan parlamentinin nümayəndə heyəti ilə görüşündə deyib.

Onun sözlərinə görə, bu gün Gürcüstanda həyata keçirilən islahatlar düzgün istiqamətdədir: “Gürcüstan bizim etibarlı tərəfdaşımız olaraq qalır. NATO-ya can atan Gürcüstan regionun təhlükəsizliyinə öz töhfələrini verə və Azərbaycanla Ermənistan arasındakı problemlərin həllinə kömək edə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR