Paşha Bank
Bank Of Baku

Kallas: Avropa təhlükəsizlik arxitekturası ilə bağlı müzakirələr atəşkəsdən əvvəl başlamamalıdır

Kallas: Avropa təhlükəsizlik arxitekturası ilə bağlı müzakirələr atəşkəsdən əvvəl başlamamalıdır
# 13 noyabr 2026 15:29 (UTC +04:00)

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Rusiya ilə Avropanın təhlükəsizlik arxitekturasına dair müzakirələrin atəşkəsdən əvvəl aparılmasının Moskvanın qurduğu tələyə düşmək olduğunu bildirib.

APA-nın məlumatına görə, Kallas bu barədə noyabrın 13-də Dublində keçirilən Aİ-nin qeyri-rəsmi sammitinə gələrkən jurnalistlərə açıqlamasında deyib.

“İlk növbədə atəşkəs olmalıdır, bundan sonra Avropanın təhlükəsizlik arxitekturası ilə bağlı digər müzakirələr aparıla bilər. Bu müzakirələr bizi atəşkəsə nail olunması zərurətindən yayındırır”, – Kallas qeyd edib.

O, ABŞ Prezidenti Donald Trampın kürəkəni və xüsusi nümayəndəsi Cared Kuşnerin Avropa ölkələrinin Ukrayna üzrə sülh danışıqlarına cəlb olunacağı barədə açıqlamasını müsbət qiymətləndirib. Kallas Avropa İttifaqının danışıqlarda real təsir imkanına malik olacağına ümid etdiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR