Bank Of Baku

Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB

Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
# 13 noyabr 2026 02:36 (UTC +04:00)

Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb.

APA xəbər verir ki, tərəflər görüşdən sonra bir sıra açıqlamalar veriblər.

Zelenski jurnalistlərə açıqlamasında yaxın vaxtlarda Rusiya ilə indiyədək ən böyük əsir mübadiləsinin baş tutacağını bildirib.

O, növbəti danışıqlarda Avropa nümayəndələrinin də iştirak edəcəyini vurğulayıb. Prezident bunun Ukraynanın rifahı və təhlükəsizlik təminatları baxımından vacib olduğunu qeyd edib.

ABŞ prezidentinin kürəkəni və xüsusi nümayəndəsi Cared Kuşner də Rusiya prezidenti Vladimir Putin və onun nümayəndə heyəti ilə görüş zamanı əsir mübadiləsi məsələsində razılıq əldə olunduğunu bildirib.

O, son aylarda avropalılarla sıx əməkdaşlıq etdiklərini və onların danışıqlar masasında iştirakının vacibliyini Putinə çatdırdıqlarını deyib. Kuşnerin sözlərinə görə, Putin bu yanaşmaya şans verməyə hazırdır.

Kuşner həmçinin Zelenski və komandası ilə müharibədən sonrakı Ukraynanın bərpası və təhlükəsizlik planı üzərində sıx əməkdaşlıq etdiklərini bildirib. O, Ukraynanın potensialını və müharibə zamanı nümayiş etdirdiyi yenilikləri yüksək qiymətləndirib.

ABŞ prezidentinin digər xüsusi nümayəndəsi Stiv Uitkoff isə Birləşmiş Ərəb Əmirliklərində keçirilən görüşü müsbət qiymətləndirib. O da ən böyük əsir mübadiləsinin baş tutacağını təsdiqləyib.

Uitkoff Donald Trampın müharibəni başa çatdırmaqda qərarlı olduğunu, bu məqsədlə növbəti görüşün artıq planlaşdırıldığını və danışıqların davam etdiriləcəyini bildirib.

***

01:10

Noyabrın 12-də axşam saatlarında Ukrayna prezidenti Volodimir Zelenski İrlandiyada ABŞ prezidentinin nümayəndələri Cared Kuşner və Stiv Uitkoffla görüşüb.

APA xəbər verir ki, bu barədə “FREEДOM” telekanalı məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Trampın kürəkəni Kuşner və xüsusi nümayəndəsi Uitkoff Moskvaya səfər edərək Rusiya prezidenti Vladimir Putinlə görüşüblər.

Danışıqlarda Zelenski ilə yanaşı, Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rustem Umerov da iştirak edib.

Məlumata görə, ABŞ nümayəndələri ilə görüş İrlandiyadakı Kaysment hərbi hava qüvvələrinin bazasının ərazisində keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR