Almaniya kansleri Fridrix Merts, İtaliyanın Baş naziri Corciya Meloni, Niderlandın Baş naziri Rob Yetten və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Fransa Prezidenti Emmanuel Makronun Roma Papası XIV Leo ilə keçiriləcək tədbirdə iştirak etmək dəvətini qəbul etməyiblər.
Bu barədə “Politico” məlumat yayıb.
Məlumata görə, Makron sentyabrın 28-də pontifikin Fransaya dördgünlük səfərinin son günündə Mets şəhərində Avropa liderlərini bir araya gətirməyi planlaşdırıb.
XIV Leo Robert Şuman adına Konqres Mərkəzində Avropanın birliyinə həsr olunmuş çıxış edəcək. Tədbirin “Sülh və birlik naminə Avropanın köklərinə doğru” adlandırıldığı bildirilir.
“Politico” Merts, Meloni, Yetten və fon der Lyayenin tədbirdə iştirakdan imtina etmələrinin səbəblərini açıqlamayıb.