“Bank Standard” yeni iş rejiminə keçib

“Bank Standard” yeni iş rejiminə keçib
# 06 may 2015 08:12 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin iyun ayında ölkədə keçiriləcək I Avropa Oyunları ilə əlaqədar “Bank Standard”ın bütün filialları 1 may – 1 iyul tarixləri arasında yeni iş rejiminə keçir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, göstərilən müddət ərzində “Bank Standard”ın baş ofisi və filialları bazar ertəsi – cümə günləri saat 09:00-dan 17:00-dək (fasilə 13:00-dan 14:00-dək olmaqla; Müştəri Xidmət Mərkəzi - fasiləsiz), şənbə günü – 10:00-dan 13:00-dək fəaliyyət göstərəcək.

Əlavə məlumatı bilavasitə bankın filiallarında və ya “158” nömrəsinə zəng vuraraq əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR