Azərbaycan prezidenti Livan Nazirlər Şurasının sədrini təbrik edib

Azərbaycan prezidenti Livan Nazirlər Şurasının sədrini təbrik edib
# 21 noyabr 2014 15:31 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Livan Respublikası Nazirlər Şurasının sədri Tammam Salamı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:


”Hörmətli cənab sədr, Livan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Bu əlamətdar gündə sizə ən xoş arzularımı yetirir, dost Livan xalqına sülh və rifah diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR