“Pyotr Poroşenko Bloku”ndan olan deputatlar baş nazir Arseniy Yatsenyukun istefasını tələb edirlər

“Pyotr Poroşenko Bloku”ndan olan deputatlar baş nazir Arseniy Yatsenyukun istefasını tələb edirlər
# 03 aprel 2015 13:18 (UTC +04:00)

APA-nın “İnterfaks-Ukrayna” agentliyinə istinadən verdiyi məlumata görə, “Pyotr Poroşenko Bloku”nun nümayəndəsi Sergey Kaplin bildirib ki, baş nazir gələn həftə vəzifəsindən uzaqlaşdırılmalıdır.

S. Kaplinin sözlərinə görə, bu, səsvermə nəticəsində və Ali Radanın müvəqqəti istintaq komissiyasının yaradılması haqqında qərarından sonra baş verəcək. Onun sözlərinə görə, həmin komissiya Dövlət Maliyyə Müfəttişliyinin sabiq rəhbəri Nikolay Qordiyenkonun bəyanatlarını araşdırmalı olacaq.

Qeyd edək ki, vaxtilə N. Qordiyenko məhz A. Yatsenyuk tərəfindən vəzifəsindən azad olunub.

S. Kaplin həmçinin bildirib ki, gələn həftə Ali Radanın ilk iş günü parlament binası önündə böyük mitinq keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR