Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci ilin mart ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə İcbarı Sığorta Bürosunun (İSB) iştirakçıları olan sığorta şirkətləri tərəfindən 1 416 sığorta tələbi üzrə 1 mln. 654,266 min manat məbləğində sığorta ödənişi həyata keçirilib.
İSB-dan “APA-Economics”ə verilən xəbərə görə, ödənilmiş sığorta tələblərinin və həmin tələblər üzrə həyata keçirilmiş sığorta ödənişlərinin zərərin növü üzrə bölgüsü aşağıdakı kimi olub:
Nəqliyyat vasitəsinə dəyən zərər üzrə |
Əmlaka dəyən zərər üzrə |
Sağlamlığa dəyən zərər üzrə |
Şəxsin ölümü üzrə |
Cəmi |
|||||
Say |
Məbləğ |
Say |
Məbləğ |
Say |
Məbləğ |
Say |
Məbləğ |
Say |
Məbləğ |
1,320 |
1,462,906 |
39 |
57,360 |
41 |
54,000 |
16 |
80,000 |
1,416 |
1,654,266 |
Mart ayında İSB tərəfindən 11 kompensasiya tələbi üzrə 37 min manat məbləğində kompensasiya ödənişi həyata keçirilib.
Ümumilikdə, 2015-ci ilin 1-ci rübündə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 4 905 sığorta tələbi üzrə 5 mln. 708,343 min manat məbləğində sığorta ödənişi həyata keçirilib.