“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi “National Geographic”də yayımlanıb

“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi “National Geographic”də yayımlanıb
# 09 may 2015 04:43 (UTC +04:00)

APA-nın “Azərtaca” istinadən verdiyi məlumata görə, İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 70 illik yubileyini mühüm layihə ilə qarşılamaq məqsədilə Arzu Əliyevanın irəli sürdüyü ideya əsasında Lui Vodevilin prodüserliyi və Robert Maqnerotun rejissorluğu ilə ərsəyə gələn sənədli filmi yüz minlərlə fransız tamaşaçı izləmək imkanı əldə edib.

Fransız tamaşaçıları bu sənədli film vasitəsilə İkinci Dünya müharibəsində Azərbaycan xalqının rəşadəti, Qələbənin təmin edilməsində Bakı neftinin strateji əhəmiyyəti barədə müfəssəl məlumat əldə ediblər.

Filmin mayın 9-10-da həmin televiziya kanalı vasitəsilə yenidən nümayiş etdirilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR