"Azərsu" Dünya Su Şurasının illik iclasında iştirak edib

"Azərsu" Dünya Su Şurasının illik iclasında iştirak edib
# 11 noyabr 2014 15:10 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Fransanın Marsel şəhərində Dünya Su Şurasının İdarəetmə heyətinin 53-cü illik iclası keçirilib.

“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, iclas iştirakçıları dünyanın müxtəlif ölkələrində su sektorunda institusional və idarəetmə eləcə də, su siyasəti məsələlərini, strateji və tərəfdaşlıq problemlərini və digər məsələləri müzakirə ediblər. İclasda Dünya Su Şurasının illik hesabatı müzakirə edilib, təşkilata yeni üzvlər qəbul edilib. Dünya Su Şurasının İdarəetmə heyətinin 53-cü iclasında “Azərsu” ASC “Sukanal” Elmi Tədqiqat Layihə İnstitutunun elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Adışirin Ələkbərov iştirak edib.

“Azərsu” ASC-nin əməkdaşı müxtəlif ölkələrdən olan nümayəndə heyətləri ilə görüşlər keçirib. Görüşlərdə Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində “Azərsu” ASC tərəfindən görülən işlər haqqında məlumat verilib, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.

İclasda həmçinin, 2015-ci ilin aprel ayında Cənubi Koreyada keçiriləcək 7-ci Dünya Su Forumuna hazırlıq məsələləri, forumun gündəliyi xüsusilə ətraflı müzakirə edilib, forumun yüksək səviyyədə keçirilməsi üçün tədbirlər müəyyənləşdirilib. 7-ci Dünya Su Forumuna hazırlıqla əlaqədar dünyanın müxtəlif regionlarında keçirilən hazırlıq iclaslarının əhəmiyyəti xüsusi vurğulanıb.

Qeyd edək ki, “Azərsu” ASC 2013-cü ildən Dünya Su Şurasının üzvüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR