Brent markalı neftin qiyməti 50 dollar həddini keçib

Brent markalı neftin qiyməti 50 dollar həddini keçib
# 29 avqust 2015 06:52 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 2,66 dollar artaraq 45,22 dollar təşkil edib.

"APA-Economics"in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin də 1 barelinin dəyəri 2,49 dollar artaraq 50,05 dollar olub.

"Qara qızıl"ın sürətlə bahalaşmasına baxmayaraq, qərb analitikləri hesab edir ki, bu proses uzunmüddətli olmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR