FHN Kiş kəndində istirahət mərkəzində köməksiz qalan 35 nəfəri təxliyə edib

FHN Kiş kəndində istirahət mərkəzində köməksiz qalan 35 nəfəri təxliyə edib
# 03 iyul 2016 10:39 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə iyulun 2-də Şəki rayonunun dağlıq ərazilərində yağan yağışlar nəticəsində Kiş çayının səviyyəsinin qalxması, çayın üzərindəki körpünün qəzalı vəziyyətə düşməsi və Kiş kəndində istirahət mərkəzlərində olan insanların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

APA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal FHN-nin Şimal-qərb Regional Mərkəzinin və Mülkü müdafiə qoşunlarının canlı qüvvə və texnikası insanların təxliyyəsi üçün hadisə yerinə cəlb olunub.

İyulun 3-də 35 nəfər nazirliyin qüvvələri tərəfindən təxliyə olunub. Hazırda Kiş kəndi ilə gediş-gəlişin bərpa olunması üçün texnikalar hadisə yerində işləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR