“Microsoft” proqram təminatlarına Azərbaycan manatı simvolunun dəstəyini əlavə edib

“Microsoft” proqram təminatlarına Azərbaycan manatı simvolunun dəstəyini əlavə edib
# 15 avqust 2014 09:25 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Microsoft” şirkəti proqram təminatlarında boşluqları aradan qaldıraraq “Windows 8.1”ə Azərbaycan manatı simvolunun dəstəyini əlavə edib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, korporasiya “Windows”, “Internet Explorer”, “Office”, “SQL Server”, “SharePoint Server” və “.NET Framework”də 37 boşluğu aradan qaldıran təhlükəsizlik üzrə 9 bulleten buraxıb. İki bülleten zəiflik səviyyəsinə görə “kritik” xarakter daşıyır, qalan 7-si “əhəmiyyətli” zəiflik səviyyəsi xarakteri daşıyır.

Ləğv edilən boşluqların 26-sı “Internet Explorer”yə aiddir. Veb-brauzerdə aşkar edilmiş boşluqların hamısı kritik olub.

Yenilənmə “Internet Explorer”nin bütün versiyalarına aiddir. Bundan başqa, “Microsoft” şirkəti sistemdə üstünlükləri artırmağa imkan verən “SQL Server”, “SharePoint Server” və “OneNote” kritik boşluqları da aradan qaldırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR