Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Qazax rayon sakini yaralanıb

Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Qazax rayon sakini yaralanıb
# 01 avqust 2014 11:10 (UTC +04:00)

Qazax Müalicə Diaqnostika Mərkəzindən APA-nın qərb bürosuna verilən məlumata görə, rayonun Məzəm kənd sakini, 1970-ci il təvəllüdlü Aslanov Çingiz Mədət oğlu sağ bud nahiyəsinin dəlib keçən güllə yarası diaqnozu ilə mərkəzə yerləşdirilib.

Dərhal əməliyyat edilən 44 yaşlı kənd sakininin vəziyyətinin orta-ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR