SOCAR-ın dövlət büdcəsinə və DSMF-yə ödənişləri azalmaqda davam edir

SOCAR-ın dövlət büdcəsinə və DSMF-yə ödənişləri azalmaqda davam edir
# 08 aprel 2015 15:17 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən bu ilin mart ayında dövlət büdcəsinə 113 mln. 714 min manat vəsait ödənilib.

APA-Economics”in SOCAR-ın statistik məlumatına əsasən verdiyi xəbərə görə, bu, ötən ilin mart ayı ilə müqayisədə 62 mln. 779 min manat və ya 35,6% azdır.

Ümumiyyətlə, bu ilin yanvar-mart aylarında büdcəyə 340 mln. 443 min manat vəsait ödənilib ki, bu da 2014-cü ilin üç ayı ilə müqayisədə 182 mln. 663 min manat və ya 34,9% azdır.

Bundan əlavə, bu ilin mart ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 11 mln. 229 min manat vəsait köçürüb. Bu rəqəm ötən ilin mart ayı ilə müqayisədə 989 min manat və ya 8,1% azdır.

Ümumiyyətlə, bu ilin yanvar-mart aylarında SOCAR tərəfindən DSMF-ə ödəniş 34 mln. 686 min manat təşkil edib ki, bu da ötən 2014-cü ilin yanvar-mart ayları ilə müqayisədə 2 mln. 352 min manat və ya 6,3% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR