Gəncədə Türkiyədəki terror qurbanlarının xatirəsi yad edilib

Gəncədə Türkiyədəki terror qurbanlarının xatirəsi yad edilib
# 30 iyun 2016 11:01 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. İstanbulun Atatürk Hava Limanında törədilən terror aktı nəticəsində həlak olan insanların xatirəsi Türkiyə Cümhuriyyətinin Gəncədəki Baş Konsulluğunda anılıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər rəhbərliyi, ziyalılar və müxtəlif qurumların əməkdaşlarının iştirak etdiyi mərasimdə terror qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Türkiyənin Gəncədəki vitse-konsulu Əfəndi Dəmir bildirib ki, terror aktı nəticəsində 41 nəfər həlak olub, 239 nəfər yaralanıb: “Bu ağır günlərdə Azərbaycan xalqının dəstəyi bizdə qürur hissi doğurdu, ölkənin hər yerində olduğu kimi gəncəli qardaşlarımız da yanımızdadırlar, kədərimizə şərikdirlər”.


Mərasimdə terror aktı pislənib, terrorla mübarizədə Azərbaycanın hər zaman Türkiyə xalqının və dövlətinin yanında olduğu vurğulanıb. Mərasim iştirakçıları təziyyə dəftərinə başsağlığı diləklərini yazıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR