Məhkəmə "Moskva Bankı"nın Telman İsmayılovun şirkətinə qarşı iddiasına oktyabrın 6-da baxacaq

Məhkəmə "Moskva Bankı"nın Telman İsmayılovun şirkətinə qarşı iddiasına oktyabrın 6-da  baxacaq
# 25 avqust 2015 00:58 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, iddia ərizəsi Arbitraj məhkəməsinə iyulun 14-də daxil olub, iddianın verilməsinin səbəbləri açıqlanmır. İşə üçüncü şəxs qismində Virgin adalarında qeydiyyatdan keçmiş ofşora məxsus “Ruslayn 2000” MMC cəlb edilib. Bu şirkətin əsas fəaliyyəti daşınmaz əmlakın idarə olunmasıdır.

Məhkəmə hazırlıq iclasında iddiaçı tələblərini təsdiqləyib, qarşı tərəf isə iddianı qəbul etməyib. Tərəflər işin məhkəmədə baxılması üçün mahiyyəti üzrə hazırlandığını etiraf ediblər.

Moskva Bankı həmçinin qarşı tərəfin əmlakına həbs qoyulması ilə bağlı ərizə ilə müraciət edib, lakin məhkəmə iddiaçının xahişini əsassız hesab edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR