Rusiyanın cənubundakı Novorossiysk limanında ölkənin iki ən böyük taxıl terminalı 12 avqust gecəsi Ukraynanın PUA hücumlarından sonra fəaliyyətini dayandırıb.
Bu barədə “Reuters” sənaye sahəsindəki dörd mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, illik ixrac gücü 8,5 milyon ton olan “Demetra” və illik ixrac gücü 7,1 milyon ton olan NKHP terminalları öz fəaliyyətini dayandırıb.
Qeyd edilir ki, Novorossiysk limanı vasitəsilə Rusiyanın taxıl ixracının üçdə birinə qədəri həyata keçirilir.