“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin hüquqi statusu müəyyənləşib

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin hüquqi statusu müəyyənləşib
# 03 iyul 2016 00:34 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Azərbaycan prezidenti İlham Əliyevin 11 aprel 2016-cı il tarixli sərəncamı ilə yaradılan “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin hüquqi statusu müəyyənləşdirilib.

APA-nın məlumatına görə, bununla bağlı Nazirlər Kabineti “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib.

Dəyişikliyə əsasən yaradılan “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC təsərrüfathesablı, Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki təşkilat olacaq.

Qeyd edək ki, “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin əsas məqsədi ərzaq məhsullarının istehsalçılarından və satıcılarından belə məhsulları almaq və tədarük edərək satınalan təşkilatlara təqdim etməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR