Belçikada "Bakı 2015" Avropa Oyunlarının təqdimatı olacaq

Belçikada "Bakı 2015" Avropa Oyunlarının təqdimatı olacaq
# 14 aprel 2015 09:19 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün Belçikanın paytaxtı Brüsseldə "Bakı 2015" Avropa Oyunlarının təqdimat mərasimi keçiriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın APA-ya verdiyi məlumata görə, təqdimat mərasimində gənclər və idman naziri Azad Rəhimov, Beynəlxalq Olimpiya Komitəsinin eks-prezidenti Jacques Rogge, Belçika Olimpiya komitəsinin prezidenti Pierre-Olivier Beckers və Avropa Parlamentinin vitse-prezidenti iştirak edəcəklər.

Təqdimat mərasimi çərçivəsində "Bakı 2015" Avropa Oyunlarına hazırlıqla bağlı videoçarx və foto-sərgi nümayiş olunacaq.

Aprelin 15-də isə Avropa Oyunlarının təqdimat mərasimi Avropa parlamentində baş tutacaq. Mərasimdə nazir Azad Rəhimov, Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov, Avropa Parlamentinin bir sıra üzvləri və digər rəsmi şəxslər iştirak edəcək.

Təqdimat mərasimində "Bakı 2015"-lə yanaşı, Azərbaycan və Avropa Parlamenti arasında əlaqələrin möhkəmləndirilməsi, gənclər sahəsində yeni layihələrin işlənilməsi, müxtəlif sahələrdə əldə edilmiş razılıqlar əsasında yeniliklərin əldə olunması və digər mövzular müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR