“Rabitəbank” təqaüdçülərə güzəştli şərtlərlə kredit təklif edir

“Rabitəbank” təqaüdçülərə güzəştli şərtlərlə kredit təklif edir
# 30 aprel 2015 14:05 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Rabitəbank” ASC “Hər yaşın öz krediti var” şüarı altında təqaüdçülər üçün sürətli kreditlər təqdim edir.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, indi təqaüdçülər “Rabitəbank”dan daha böyük məbləğdə - 10 min manatadək və güzəştli şərtlərlə 3 illik müddət ərzində kredit götürmək imkanına malikdirlər.

Kreditin şərtlərinə əsasən son ödəniş tarixinə qədər yaşı 75 olan təqaüdçülər sadəcə şəxsiyyət vəsiqəsi və gəlirləri təsdiq edən sənədi təqdim etməklə kredit əldə edə bilərlər.

Müştərilər təqaüdü təsdiq edən arayışı Elektron Hökumət xidməti vasitəsilə bankdan ayrılmadan yerindəcə elektron şəkildə əldə edə biləcəklər.

Bankın təqdim etdiyi digər kredit məhsulları və xidmətləri haqqında ətraflı məlumatla

www.rabitabank.com rəsmi internet ünvanında tanış olmaq olar.

22 ildən artıq kiçik və orta sahibkarlığın əsas tərəfdaşı kimi ölkədə fəaliyyət göstərən “Rabitəbank” 2 şöbə və 22 filial şəbəkəsi vasitəsilə müxtəlif istiqamətlərdə həm fiziki, həm də hüquqi şəxslərə maliyyə xidmətlərini göstərməkdə davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR