FHN liftdə qalmış 10 nəfəri xilas edib

FHN liftdə qalmış 10 nəfəri xilas edib
# 01 iyun 2015 06:58 (UTC +04:00)

Bakı - APA. Bakının Xətai rayonunda yaşayış binasının liftində 10 nəfər köməksiz vəziyyətdə qalıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb edilib.

Xilasedicilər liftin qapılarını açıb, vətəndaşların liftdən çıxmasına şərait yaradıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR