Cənubi Amerikanın 12 ölkəsi Venesuelaya yardım göstərəcək

Cənubi Amerikanın 12 ölkəsi Venesuelaya yardım göstərəcək
# 07 mart 2015 02:36 (UTC +04:00)

APA-nın BBC-yə istinadən məlumatına görə, xarici işlər nazirləri səviyyəsində baş tutan görüşdə Venesueladakı humanitar vəziyyət müzakirə olunub .

Cənubi Amerika millətləri İttifaqının baş katibi Ernesto Samper bəyan edib ki, qitə ölkələri Venesuela ticarət obyektlərini ət, süd, gündəlik tələbat malları ilə təmin edəcəklər.

Məlum olduğu kimi, iqtisadi böhranla əlaqədar bu ölkədə ərzaq qıtlığı yaranıb, gündəlik tələbat malları siyahı ilə satılır. Görüşdə Venesuelada siyasi sabitliyin qorunmasının vacibliyi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR