Ötən gün ölkə ərazisində baş verən qəzalarda 6 nəfər ölüb

Ötən gün ölkə ərazisində baş verən qəzalarda 6 nəfər ölüb
# 14 aprel 2015 10:19 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Ötən gün ölkə ərazisində baş verən qəzalarında 6 nəfər dünyasını dəyişib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ötən gün respublika ərazisində 6yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 6 nəfər ölüb, 2 nəfər yaralanıb.

Ötən gün baş verən qəzaların 2-si piyadaların vurulması ilə bağlı olub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 13-də saat 06 radələrində Nərimanov rayonunun Ziya Bünyadov prospektində Cəlilabad rayon sakini Süleyman Süleymanov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Neftçala rayon sakini Lumu Soltanovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Analoji hadisə ötən gün saat 21 radələrində Goranboy rayonunun Səfikürd kəndində qeydə alınıb.

Rayonun Ağcakənd kənd sakini Rəfayel Bayramov idarə etdiyi “VAZ-21013” markalı avtomobillə yolu keçən kənd sakini Adil Məmmədovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Goranboy Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR