Hacıqabul rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 nəfər şəxs saxlanılıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, iyunun 9-da Hacqabul rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə şöbəsinin əməkdaşları tərəfindən keçirilən təddbirlər çərçivəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Şirvan şəhər sakini, 1989-cu il təvəllüdlü Abbaszadə Yusif Vurğun oğlunun 74,174 qram narkotik vasitə olan heroini Göycay sakini, 1985-ci il təvəllüdlü Səmədov Rüstəm Səyyad oğlu və Ağdaş sakini, 1989-cu il təvəllüdlü Məmmədov Tahir Nihad oğluna 2125 manata satdığı məlum olub.
R.Səmədova məxsus “VAZ 2107” markalı, 10 SB 968 dövlət nömrə nişanlı avtomobil Hacıqabul rayonu ərazisində saxlanılıb və avtomobilə baxış keçirilən zaman salonundan 74,174 qram heroin aşkar edilərək götürülüb. Hər 3 şəxs şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.