Azərbaycan əhalisinin gəlirləri 5% artıb

Azərbaycan əhalisinin gəlirləri 5% artıb
# 13 mart 2015 13:37 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycanda əhalinin gəlirləri 2014-cü ilin eyni dövrü ilə müqayisədə 5% artaraq 5,9 mlrd. manat təşkil edib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, onun hər nəfərə düşən həcmi 618 manat və ya ayda orta hesabla 309 manat olub.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 5,3 mlrd. manat həcmində və ya əvvəlki ildəkindən 5,3% çox vəsait qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR