Bank Of Baku

Kəmaləddin Heydərov Siyəzəndə vətəndaşları qəbul edib

Kəmaləddin Heydərov Siyəzəndə vətəndaşları qəbul edib
# 29 iyun 2018 09:21 (UTC +04:00)

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bu gün Siyəzən şəhərində vətəndaşları qəbul edib.

 

APA-nın şimal bürosunun məlumatına görə, qəbulda Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşan məcburi köçkünlər iştirak ediblər.

 

Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 16 vətəndaşın müraciətlərinin bir çoxu yerində həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

 

Bundan başqa, kadr məsələləri ilə bağlı 102, digər məsələlərlə bağlı müraciət etmiş 30 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR