Bank Of Baku

Tbilisidə telekanal binasında yanğın söndürülüb - YENİLƏNİB

Tbilisidə telekanal binasında yanğın söndürülüb - YENİLƏNİB
# 04 noyabr 2026 17:22 (UTC +04:00)

Tbilisidə “Delisi” biznes mərkəzində baş vermiş yanğın söndürülüb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidmətindən bildirilib.

Yanğının aradan qaldırılmasına 150 yanğınsöndürən və xilasedici, eləcə də 25 texnika cəlb edilib.

Hadisə nəticəsində zərərçəkən olmayıb.

16:15

Tbilisidə “Formula” televiziya kanalının yerləşdiyi “Delisi” biznes mərkəzinin 12-ci mərtəbəsində yanğın başlayıb.

APA-nın yerli bürosu xəbər verir ki, Vaja Pşavela prospektindəki binanın daxilində və ətrafında qatı tüstü müşahidə olunur.

Yanğın səbəbindən telekanalın yayımı müvəqqəti dayandırılıb.

Hadisə yerinə yanğınsöndürmə və xilasetmə briqadaları cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR