Azərbaycan-BAEA əməkdaşlığı üzrə dövlət komissiyasının yeni tərkibi təsdiqlənib

Azərbaycan-BAEA əməkdaşlığı üzrə dövlət komissiyasının yeni tərkibi təsdiqlənib
# 28 iyun 2016 09:45 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası ilə Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) arasında əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” 2010-cu il 16 iyul tarixli sərəncamında dəyişikliklər edilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncamda “Mahmud Kərimov” sözləri “Akif Əlizadə” sözləri ilə, “Əli Şəfiyev - Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini” sözləri “İsmayıl Bağırov – Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini” sözləri ilə, “Fuad İsmayılov” sözləri “Qalib İsrafilov” sözləri ilə, “Siyavuş Azakov – Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi” sözləri “Vüqar Hüseynov - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi rəisinin müavini” sözləri ilə əvəz edilib və həmin sözlərdən sonra “Adil Qəribov - Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin sədri” sözləri əlavə edilib.

Həmçinin “Hüseynqulu Bağırov - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri” sözlərindən sonra “Ramin Quluzadə - Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri” və “Mikayıl Cabbarov – Azərbaycan Respublikasının təhsil naziri” sözləri, “Abbas Vəlibəyov - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini” sözlərindən sonra “Toğrul Musayev - Azərbaycan Respublikası ədliyyə nazirinin müavini” sözləri əlavə olunub.

Xarici İşlər Nazirliyinə edilən dəyişikliklər barədə Beynəlxalq Atom Enerjisi Agentliyinə bildiriş göndərmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR