Bələdiyyə sədri və həyat yoldaşını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi təxirə salınıb

Bələdiyyə sədri və həyat yoldaşını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi təxirə salınıb
# 05 iyul 2016 09:17 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bələdiyyə sədrini və həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Fədail Hüseynovun cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi baş tutmayıb.

APA-nın məlumatına görə, buna səbəb təqsirləndirilən şəxsin vəkilinin və məhkəmə heyətinin bir üzvünün məzuniyyətə çıxmasıdır. Proses avqustun 5-ə təxirə salınıb

Qeyd edək ki, ötən il Abşeron rayonunun Saray bələdiyyəsinin sədri, 1976-cı il təvəllüdü Vəsilə Əbilhəsənova və onun həyat yoldaşı, 1976-cı il təvəllüdlü Vəfadar Əbilhəsənov evlərində qətlə yetirilib. V. Əbilhəsənov “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-də aparat rəhbəri vəzifəsində çalışıb.

Hadisəni törədənin 1980-ci il təvəllüdlü Fədail Güloğlan oğlu Hüseynov olduğu məlum olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR