Bərdədə 54 yaşlı kişi intihara cəhd edib

Bərdədə 54 yaşlı kişi intihara cəhd edib
# 19 noyabr 2015 07:34 (UTC +04:00)

Bərdə. Ziya Əmirxanlı - APA. Bərdə rayonunda 54 yaşlı kişi intihara cəhd edib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə bu gün Bərdə şəhər S. Zöhrabbəyov küçəsində qeydə alınıb.

1961-ci il təvəllüdlü Səfərov Mürşüd Raquf oğlu özünü asaraq intihar etmək istəyib. Ailə üzvləri bundan xəbər tutaraq onu dərhal Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. Bərdə MRX-dan verilən məlumata görə, M.Səfərova ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır.

Bərdə rayon Polis Şöbəsində intihara cəhdin səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR