Sumqayıtda avtomobil yolun kənarında dayanan üç piyadanı vurub

Sumqayıtda avtomobil yolun kənarında dayanan üç piyadanı vurub
# 25 iyun 2016 09:20 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Sumqayıtda 3 piyadanı maşın vurub.

Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, Sumqayıt şəhər sakini Samir Mirzəzadə idarə etdiyi “Renault” markalı avtomobillə yolun kənarında dayanmış həmyerliləri Şahsənəm Camalovanı, İqbal Məmmədovu və Tofiq Həmidovu vurub. Piyadalar müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR