Obama: “Əsəd hakimiyyətdən getməyincə, İŞİD-in tam məhvi mümkün olmayacaq”

Obama: “Əsəd hakimiyyətdən getməyincə, İŞİD-in tam məhvi mümkün olmayacaq”
# 19 noyabr 2015 09:25 (UTC +04:00)

APA-nın “Röyters”ə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla ABŞ prezidenti Barak Obama çıxış edib.

“Suriyada siyasi nizamlanma olmayınca, terrora qalib gəlmək mümkün olmayacaq. Əsəd hakimiyyətdə olduğu müddətdə isə siyasi nizamlanma mümkün deyil”, - deyə o vurğulayıb.


Qeyd edək ki, Suriya prezidenti Bəşər Əsəd İtaliya mətbuatına müsahibəsində terrorçulara qalib gəldikdən iki il sonra istefaya gedə biləcəyini bildirib. “Terrorçuların əksər rayonlara nəzarət etdiyi müddətdə siyasi nöqteyi-nəzərdən nəticələr əldə etmək mümkün deyil”, - deyə o vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR