Prokuror Azərbaycanda tanınmış həkimin evindən oğuluq edənlərə cəza istəyib

Prokuror Azərbaycanda tanınmış həkimin evindən oğuluq edənlərə cəza istəyib
# 03 noyabr 2015 09:23 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış həkimin evindən oğurluq etməkdə təqsirləndirilən Elvin Əliyev və onun əmisi oğlu Anar Əliyevin cinayət işi üzrə məhkəmə proses davam edib.

APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxslərin hər birinin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Mircəlal Kazıminin mənzilindən 3000 manat və 7500 ABŞ dolları oğurlayan Elvin Əliyev və Anar Əliyev tutulub.

Mircəlal Kazımi cərrah transplantoloqdur. O, hazırda Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiridir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR