Bakıda Türk Yeməkləri Festivalının açılışı ilə əlaqədar tədbir keçirilib - FOTO

Bakıda Türk Yeməkləri Festivalının açılışı ilə əlaqədar tədbir keçirilib - <span style="color: red;">FOTO
# 16 aprel 2013 21:32 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Bakıda Türk Yeməkləri Festivalının (Turkish Food Festival) açılışı ilə əlaqədar tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, siyasətçilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirə qatılan qonaqları salamlayan Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Çoşkun bildirib ki, təmsil etdiyi ölkənin müxtəlif regionların mətbəx nümunələri bu festival çərçivəsindən nümayiş olunacaq. Səfir qeyd edib ki, festival bir həftə davam edəcək, və qonaqlar zəngin türk mətbəxin yeməklərin dadına baxa bilərlər.

Festival çərçivəsində ziyarətçilər eyni zamanda ebru sənətin nümunələrini də seyr edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR