Klassik musiqi ifaçılarının IV beynəlxalq müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib - FOTOSESSİYA

Klassik musiqi ifaçılarının IV beynəlxalq müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 16 aprel 2015 06:49 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Milli İncəsənət Muzeyində klassik musiqi ifaçılarının IV beynəlxalq müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, səfirlik nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak edib.

İ. Babayev bildirib ki, aprelin 12-dən başlayaraq, Bakı şəhərində Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi, Xarici İşlər, Mədəniyyət və Turizm nazirliklərinin və ISESCO-nun iştirakı, Bakı Musiqi Akademiyası və “Kainat” Gənclik Mərkəzinin birgə təşkilatçılığı ilə İslam dünyası gənc (20 yaşadək) klassik musiqi ifaçılarının IV Beynəlxalq müsabiqəsinə start verilib. Müsabiqədə Türkiyə, Misir, Rusiya Federasiyası, Qazaxıstan, Özbəkistan, İran, Qırğızıstan, İndoneziya və Azərbaycandan olan istedadlı gənclər iştirak ediblər: “Müsabiqənin coğrafiyası ildən ilə genişlənir. Türkiyə, Misir, Qazaxıstan, Özbəkistan, İran, Qırğızıstan və Azərbaycanın da qatıldığı müsabiqədə bu il İslam dünyasının ən böyük ölkələrindən biri – İndoneziya Respublikasının nümayəndə heyəti də iştirak edir. Əminəm ki, münsiflər gərgin iş rejimindən sonra ədalətli qərar veriblər, istedadlı gənclərin üzə çıxarılması üçün öz töhfələrini əsirgəməyiblər”.

Müsabiqənin baş mükafatı – “Qran Pri”yə Türkiyədən olan iştirakçı Melisa Böyükyoruk layiq görülüb. Qalib və digər iştirakçılar xüsusi mükafat və diplomlarla təltif olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR