Azərbaycanın Vyetnamdakı səfiri  Sosial və Humanitar Elmlər Universitetində mühazirə oxuyub - FOTO

Azərbaycanın Vyetnamdakı səfiri  Sosial və Humanitar Elmlər Universitetində mühazirə oxuyub - <span style="color: red;">FOTO
# 07 noyabr 2015 13:46 (UTC +04:00)

Bakı-APA. Noyabrın 6-da Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov Vyetnamın Ho Chi Min şəhərində yerləşən Sosial və Humanitar Elmlər Universitetində mühazirə oxuyub.

Azərbaycanın Vyetnamdakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə universitet rəhbərliyi, beynəlxalq münasibətlər, politologiya, tarix və şərqşünaslıq fakültələrinin müəllim və tələbə heyəti iştirak edib.

A. İmanov mühazirəsində Azərbaycanın tarixi, ölkəmizin mövcud sosial-iqtisadi inkişafı, Azərbaycanın xarici siyasəti, Azərbaycan və Vyetnam münasibətləri haqqında geniş məlumat verib, iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlığın inkişaf etdiyini vurğulayıb. Səfir mühazirəsində Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, münaqişə ilə bağlı beynəlxalq təşkilatların qətnamələri barədə danışıb. Daha sonra səfir A. İmanov , tələbələri maraqlandıran sualları cavablandırıb, həmçinin Azərbaycanda təhsil imkanları barədə onlara məlumat verib. Mühazirə zamanı Azərbaycan tarixinin müxtəlif dövrlərindən bəhs edən video çarxlar nümayiş etdirilib və səfirlik tərəfindən Vyetnam dilinə tərcümə olunmuş Azərbaycan haqqında kitablar tədbir iştirakçılarına paylanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR