“Bakcell” “Gold” abunəçilər üçün rouminq kampaniyası keçirir

“Bakcell” “Gold” abunəçilər üçün rouminq kampaniyası keçirir
# 14 iyul 2015 09:48 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Bakcell” şirkətinin rouminqdə olan kampaniyalarından artıq “Gold” (korporativ) abunəçilər də faydalana bilərlər.

“Bakcell” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, inanılmaz dərəcədə sərfəli rouminq xidmətindən yararlanmaq üçün *130#YES kodunu yığmaq yetərlidir. Kampaniya çərçivəsində rouminqdə olarkən daxil olan zənglərin 1 dəqiqəsi 0,25 manat, çıxan zənglərin 1 dəqiqəsi 0,75 manat təşkil edir. Gündəlik xidmət haqqı 0,35 manatdır.

Qeyd edək ki, “Bakcell” şirkətinin korporativ abunəçilərinin sərfəli rouminq qiymətlərindən faydalana biləcəyi ölkələrin sayı 30-dan 37-yə qədər artırılıb. Kampaniya barədə ətraflı məlumatı bu keçiddən almaq olar: http://www.bakcell.com/az/discounts-and-special-offers

Hazırda “Bakcell” abunəçiləri ümumilikdə 168 ölkədə 417 mobil operatorun şəbəkəsində rouminq xidmətindən istifadə edə bilirlər.

Xarici səfərdə olan abunəçilər “Bakcell Rouminq Applikasiyas”ından istifadə etməklə bütün tərəfdaş rouminq ölkələrində və operatorlarında zəng, SMS və İnternet qiymətləri və cari rouminq kampaniyaları haqqında bütün məlumatları əldə edə, eyni zamanda, “Bakcell”lə onlayn əlaqə yaradaq dəstək ala bilərlər. 4G rouminq xidmətinin tərəfdaşlarının siyahısı barədə məlumat da həmçinin Bakcell rouminq applikasiyasından əldə oluna bilər.

Bakcell rouminq applikasiyası haqda daha ətraflı məlumat üçün:

http://www.bakcell.com/az/bakcell-rouminq-ap

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR