Litva XİN rəhbəri: “Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının effektivliyinin artırılması üçün ikitərəfli dialoqdan istifadə etməyi düşünürük”

Litva XİN rəhbəri: “Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının effektivliyinin artırılması üçün ikitərəfli dialoqdan istifadə etməyi düşünürük”
# 22 oktyabr 2014 15:49 (UTC +04:00)

Biz səmimi olaraq bütün məsələləri müzakirə edirik. Bu dialoq ikitərəfli əlaqələrlə yanaşı Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı ilə bağlıdır”.

Bunu APA-ya açıqlamasında Litva xarici işlər naziri Linas Linkyaviçus Azərbaycana səfərinin yekunlarını şərh edərkən deyib.

Litvalı nazir Azərbaycana səfəri çərçivəsində keçirdiyi görüşlərin nəticələrindən məmnun qaldığını bildirib. “Biz ikitərəfli dialoqumuzdan Azərbaycanla Avropa İttifaqı arasındakı əməkdaşlığın effektivliyinin artırılması üçün istifadə etmək barədə düşünürük. Avropa İttifaqı ilə “Şərq Tərəfdaşlığı” ölkələri arasındakı dialoq uzunmüddətli fayda verməlidir. Biz bu məsələdə öz rolumuzu görürük”, - deyə o vurğulayıb.

L. Linkyaviçus qeyd edib ki, Azərbaycan-Litva biznes forumunda Litvanın 30-dək müəssisəsinin nümayəndəsi iştirak edib.

«Toplantıda ticarət və iqtisadiyyatdan tutmuş mədəniyyət və idman sahəsinədək 10-a yaxın müxtəlif seqmentlər müzakirə olunub. Şəmkirlə Vilnüs şəhərlərinin əməkdaşlığı haqqında protokol imzalanıb. Biz irəliyə doğru gedirik. Hər bir belə görüş əməkdaşlığımızın inkişafına öz töhfəsini verir. Mən sevinirəm ki, biz ümumi dil tapmaqla yanaşı qarşılıqlı anlaşma və əməkdaşlıq üçün yaxşı mühit yaratmışıq», - deyə o vurğulayıb.

Son vaxtlar ticarət dövriyyəsinin 40 faiz artdığını deyən litvalı nazir yetərincə yüksək artım dinamikasının müşahidə olunduğunu vurğulayıb və daha böyük uğurların əldə ediləcəyinə ümidvar olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR