"Azəryolservis": Heydər Əliyev prospektində təmir işlərinin vaxtında yekunlaşması üçün bütün qüvvələr səfərbər edilib - FOTO - VİDEO

"Azəryolservis": Heydər Əliyev prospektində təmir işlərinin vaxtında yekunlaşması üçün bütün qüvvələr səfərbər edilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 16 aprel 2015 14:17 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. İlk Avropa Oyunlarına hazırlıq dövründə müəyyən edilmiş marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması məqsədilə nəzərdə tutulan tikinti və təmir işləri sürətlə davam etdirilir.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Mətbuat Katibliyindən “APA-Economics”ə verilən məlumata görə, artıq prospektin şəhərə gediş hissəsində - Böyükşor qovşağından Heydər Əliyev Mərkəzinə qədər olan sahəsində asfalt-beton örtüyünün döşənməsi və yolun hərəkət hissəsinin üfüqi nişanlanma işləri yekunlaşıb.

Paralel olaraq səki daşlarının dəyişdirilməsi, ayrıcı zolaq tamet daşının döşənməsi, işıq dirəklərinin rənglənməsi, yerüstü piyada keçidinin yenidən qurulması həyata keçirilir. Zəruri olan ərazilərdə səth sularının normal kənarlaşdırılması üçün yağış kanalizasiya sistemi qurularaq yağış barmaqlıqları yerləşdirilir.

Dünəndən etibarən prospektin Heydər Əliyev Mərkəzinin qarşısından Böyükşor qovşağına qədər olan hissəsində asfalt-beton örtüyünün döşənməsinə başlanılıb.

Bu gün axşam saatlarına qədər 2 km-dən artıq hissədə işlər yekunlaşacaq. Hava şəraiti normal keçərsə, yaxın 3-4 gün ərzində həmin hissədə asfalt-beton işləri tamamlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR